Milyarderin ikinci arvadı ikinci ərindən də boşanır

Milyarderin ikinci arvadı ikinci ərindən də boşanır
1234 dəfə oxunub
  • A-
  • A
  • A+

"Amazon"un qurucusu Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzie Skott toydan iki il keçməmiş ikinci əri Den Ceuittdən boşanır.

Axşam.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Ceuitt Bezos və Skottun uşaqlarının oxuduğu məktəbdə müəllim işləyib. Jurnalistlərin fikrincə, o, 34,9 milyard dollar dəyərində qiymətləndirilən Makkenzi Skottun sərvətinə sahib çıxmaq fikrində olmayıb.

Mackenzie və Den keçən ilin martında evləniblər, toy haqqında isə az məlumat mediada işıqlandırılıb. 

Qeyd edək ki, Ceff və Mackenzie 25 il evli qalıblar və 2019-cu ildə boşanıblar. Onların dörd övladı var. Ayrılığa səbəb Bezosun Lauren Sançezlə ona xəyanət etməsi olub. 

Boşandıqdan sonra Bezos keçmiş arvadına "Amazon" səhmlərinin bir hissəsini verib, bu da onu dünyanın ən zəngin qadınlarından biri edib.