Hande Yener də saçlarını kəsdi - Foto

Hande Yener də saçlarını kəsdi - Foto
3207 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli musiqiçi Mələk Mossodan sonra həmkarı Hande Yener də səhnədə saçlarını kəsib.

Axşam.az xəbər verir ki, sənətçi konsertində "Onlara, dünyadakı bütün qadınlara azadlıq arzu edirəm. Üzümüz gülsə də içimiz qan ağlayır" sözlərini söyləyib.

Bununla da o, İranda sentyabrın 16-sı əxlaq polisi tərəfindən zorakılığa məruz qalan və dünyasını dəyişən 22 yaşlı Məhsa Əmini ilə başlayan aksiyalara dəstəyini nümayiş etdirib. Onun bu hərəkəti tamaşaçılar tərəfindən alqışla qarşılanıb.

Qeyd edək ki, Məhsanın qətlinin ardından İranda etiraz aksiyaları başlayıb. Aksiyalar zamanı daha üç qadın - 23 yaşlı Hananeh Kia, 33 yaşlı Qəzəli Çələvi və 20 yaşlı Hədis Nəcəfi öldürülüb.