Türkiyəli müğənni Hadisə Açıqgözlə həyat yoldaşı Mehmet Dinçerler boşanıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı sənətçinin vəkili məhkəmənin çıxışında verib.
O, hər iki tərəfin də biri-birindən heç nə tələb etmədiyini bildirib.
Hadisə və M.Dinçerler məhkəmədə iştirak etməyiblər.
Qeyd edək ki, keçmiş cütlük aprelin 30-da nikaha girmişdi.