"Real Madrid"in sabiq kapitanı İker Kasilyas dünyaca məşhur kolumbiyalı müğənni Şakira ilə eşq yaşaması xəbərlərinə münasibət bildirib.
Axşam.az xəbər verir ki, söz-söhbətə səbəb ifaçının və futbolçunun bu günlərdə ayrılıq yaşaması olub.
Bir neçə ay əvvəl Pike və Şakira 12 illik münasibətinə son qoyub. Kasilyas da öz növbəsində teleaparıcı Sara Karbonero ilə evliliyinə son qoyub.
İspan mətbuatı Kasilyas və Şakiranın yaxınlaşdığını desə də, "Real Madrid" əfsanəsi bu söz-söhbətlərə kəskin etiraz edib. İnstaqram səhifəsinin hekayələr bölməsində o, pop ikonu ilə əlaqəsi olduğunu bildirən İspan başlıqları ilə bir sıra fotoşəkillər yerləşdirib.
O, emojilər yerləşdirərək, dedi-qodunun haradan qaynaqlandığını bilmədiyini vurğulayıb.