Rusiyanın “Walkie” səhnə adı ilə çıxış edən rep ifaçısı İvan Petunin intihar edib.
Axşam.az xəbər verir ki, repçi intihar etməzdən əvvəl lentə aldığı videoda Rusiyada qismən səfərbərlik elan olunduğu üçün belə addım atdığını bildirib.
O, çıxışında Ukraynadakı müharibəyə qarşı olduğunu və əlinə silah almaq istəmədiyini deyib.
Petunin həmçinin bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri çətin günlər keçirib.
Qeyd edək ki, İvan Petuninin 27 yaşı var idi. Ölümündən yarım gün əvvəl o, yeni albomu “Walk Out Boy 3”ü internetdə yerləşdirib.