Dünya şöhrətli aktrisa Monika Belluççi və Vensan Kasselin 18 yaşlı qızı Deva Kassel ilk dəfə "Vogue" jurnalının üz qabığında yer alıb.
Axşam.az xəbər verir ki, obyektiv qarşısına keçən Devanın fotoları jurnalın türkcə nəşrinin yeni buraxılışında yer alıb. Şəkillər rusiyalı fotoqraf Arseniy Dcabiyev tərəfindən çəkilib.
Qeyd edək ki, modellik karyerası baxımından Deva artıq Monika Belluççini geridə qoyub. Çünki Monika ilk dəfə 1988-ci ildə, 24 yaşında ikən "Vogue" jurnalının üz qabığında yer ala bilmişdi.