Britaniyalı məşhur modelyer Viktoriya Bekhem Paris Moda Həftəsində yeni yaz-yay kolleksiyasını nümayiş etdirib.
Axşam.az xəbər verir ki, lakin gecəni modelyer üçün unudulmaz edən uzun müddətdir görüşmədiyi oğlu Bruklin Bekhemlə, gəlini Nikol Peltzin də tədbirə qatılması olub. Viktoriya və qonaqlar üçün də bu addım sürpriz olub.
Bruklin və Nikol moda nümayişini Bekhem ailəsinin digər üzvləri ilə birgə ön cərgədən izləyib. Təqdimatın sonunda podiuma çıxan və bütün sevdiklərini bir yerdə görən Viktoriya çox təsirlənib və göz yaşlarını saxlaya bilməyib.
Bundan başqa, cütlük modelyeri sosial media hesabında təqdimatla bağlı paylşımına təbriklər yazıb.
Qeyd edək ki, tərəflər arasında mübahisə Nikolun toyda Viktoriyanın seçdiyi gəlinliyi geyinməməsi ilə başlayıb.Bundan sonra tərəflər bir-birini ittiham edib və toydan sonra bir araya gəlməyiblər.