Xəbər verdiyimiz kimi, türkiyəli aktrisa Serenay Sarıkaya sevgilisi iş adamı Umut Evirgendən ayrılıb.
Axşam.az xəbər verir ki, bunun ardından Umut keçmiş sevgilisi Farah Zeynep Abdullahla bir araya gəlib. Cütlüyün iş adamının İstanbulun Emirgan səmtindəki məkanı "Gizli Kalsın"da göründüyü bildirilib. İkilinin münasibətlərinə yenidən şans verdiyi iddia olunub.
Qeyd edək ki, daha əvvəl Serenayın ayrıldıqdan sonra "Şahmaran" serialındakı tərəf müqabili Burak Denizlə münasibətdə olduğu deyilsə də aktrisa xəbərləri təkzib etmişdi.
