Somer boşanmasından danışdı

Somer boşanmasından danışdı
2932 dəfə oxunub
  • A-
  • A
  • A+

"Masterchef" yarışmasında münsif olan aşpaz Somer Sivrioğlu ilk dəfə boşanması barədə danışıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Katarsis" proqramına qonaq olan aşpaz hissləri dəyişdiyi üçün 18 illik evliliyini bitirdiyini deyib:

"Münasibət iki insan arasında yaşanır və duyğuları da onlar bilir. Düzgün etmədiyim şeylər ola bilər. Münasibətimiz köhnəldi, özümüzü yeniləyə bilmədik. Heç bir kilidli qapını heç kim qırıb içəri girmir, ya da ki, sən qapını qırıb çıxmırsan. Qapı açıq olur, ya biri girir, ya da biri çıxır. Keçmiş həyat yoldaşım haqda bunları deyə bilərəm ki, hər kəslə eşq yaşaya bilərsən, amma hər kəsdən uşaq sahibi ola bilmərsən. Yaxşı ki, onunla belə bir şey yaşamışam".

Qeyd edək ki, Somer Sivrioğlu hazırda özündən 20 yaş kiçik Pınar Kızılkayayla eşq yaşayır.