Bülənt Ərsoyla Ajda Pekkan arasında gərginlik - Fotolar

Bülənt Ərsoyla Ajda Pekkan arasında gərginlik - Fotolar
2333 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Bülənt Ərsoyla həmkarı Ajda Pekkan arasındakı gərginlik yenidən baş qaldırırb.

Axşam.az xəbər verir ki, efirlərin birində Ajdanın bədən quruluşunun və ayaqlarının yaxşı olduğu ilə bağlı fikirlərə münasibət bildirmək üçün Ərsoy canl yayıma qoşulub. O, deyilən fikirlərə "Ajdanın harası "daş" kimidir? Onun üst-üstə geyindiyi corabları atam da geyinsə, ayaqları gözəl görünər" şəklində cavab verib.

Bundan başqa Ərsoy həmkarının biletləri satılmadığı üçün Almaniyadakı 3 konsertinin də ləğv olunduğunu iddia edib.

Açıqlamaların ardından Pekkan sosial media hesabında "Kimi səbirdən susar, kimisi sayqıdan, kimi də sevgidən" sözlərini yazaraq haqqında deyilən sölərə cavab verib.

Ərsoyun sözügedən paylaşıma cavabı gecikməyib. "Hər susmaq sayqı, sevgi, hörmət deyil! Hər susan ədəbindən deyil, bəzən günahkar olduğu üçün susar. Hıər cür pislik et, sonra da fağırı, günahsızı oyna" deyə, sosial media hesabında yazıb.

Qeyd edək ki, bu, ikili arasında yaşanan ilk belə qalmaqal deyil. Tərəflər arasında 6 il əvvəl yaranan gərginlik məhkəməyə qədər getmişdi.