Məhkəmə Muradla bağlı qərar verdi

Məhkəmə Muradla bağlı qərar verdi
3451 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bir zamanlar Çukurova" serialının çəkilişi zamanı münaqişə edən Kərəm Alışıkla Murad Ünalmışın məhkəməsi başa çatıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ünalmışa "xiyar oğlu xiyar" deyən K.Alışık təqsirli hesab olunub.

Aktyora pul cəzası kəsilib.

Qeyd edək ki, ikili arasında kiçik mübahisə yaranmışdı. Buna səbəb Kərəmin ssenarini dəyişdirib başqa cür oynamaq istəməsi olmuşdu. Lakin həmkarı Murad buna etiraz etmişdi. Daha sonra Alışık Ünalmışa söyüş söymüşdü. Nəticədə onlar arasındakı gərginlik davaya çevrilmişdi. Baş verənləri isə ekran işinin rejissoru Murad Saraçoğlu lentə alaraq serialı ərsəyə gətirən şirkətə göndərmişdi.