Türkiyəli aktrisa Bensu Soral üzünə estetik müdaxilə etdirib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa dodaqlarına dolğu vurdurub.
Sosial şəbəkə istifadəçiləri onun bu addımına çox təəccübləniblər. Onlar aktrisanın yeni halını bəyənmədiklərini qeyd edərək, "Uşaq kimi görünüşündən, gözəlliyindən əsər qalmayıb" kimi rəylər yazıblar.
Qeyd edək ki, B.Soralın tezliklə "Tuzak" adlı serialı yayımlanacaq.