Şahzadə Harri və həyat yoldaşı, hersoginya Meqan Markl Kraliça II Elizabetin dəfnindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, müğənni Paula Fuqun Santa-Barbaradakı konsertinə qatılıblar. Müğənni instaqram hesabında onlarla fotosunu yayımlayıb.
Bir neçə gün əvvəl Meqan ifaçının konsertinin reklam çarxını yayımlayıb. Onlar konsertdə əylənib, dostları ilə fotolar çəkdiriblər.
