Müğənni Orxan Gəncəbayın həyat yoldaşı Sevim Emrenin sosial media hesabında paylaşdığı foto gülüş hədəfinə çevrilib.
Axşam.az xəbər verir ki, buna səbəb onun məşhur futbolçu Arda Turanla çəkdirdiyi şəklə fotoşop etməsi olub. Nəticədə futbolçunun göz qapaqlarına mavi rəng düşüb. Sevim gülüş hədəfinə şevrilən foto ilə bağlı açıqlama yayaraq hər hansı filtirdən istifadə etmədiyini yazıb:
"Ardanın gözlərinin üstündəki mavi filtir deyil, məkandakı işıqdır. Əgər fotoşop etsəydim onda mənim də gözümdə o rəngdən olardı".
Qeyd edək ki, bu, Sevimin fotoşopla bağlı yaşadığı ilk belə problem deyil.
