Rusiyanın Xalq artisti Alla Puqaçova İsrailə köçməsini təsdiqləyib.
Axşam.az xəbər verir ki, ifaçı İsraildə çəkdiyi fotonu izləyiciləri ilə bölüşüb. O, "Çoxmilyonluq pərəstişkar ordusuna sevgisi və dəstəyinə, həqiqəti yalandan ayırd etmək bacarığına görə təşəkkür edirəm. Sizə müqəddəs torpaqda əmin-amanlıq diləyirəm. Xoşbəxtəm!" deyə, Puqaçova yazıb.
Qeyd edək ki, Puqaçova şoumen həyat yoldaşı Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçmüşdü. Daha sonra yalnız övladları ilə Moskvaya qayıdan ifaçı həyat yoldaşının "xarici agent" elan edilməsinin ardından qərara etiraz edib. Bir neçə gün əvvəl isə onun yenidən Rusiyanı tərk edərək İsrailə getdiyi bildirilib. Onun İsrail vətəndaşlığı aldığı iddia olunub.
