Günayın "Kabus gecələr"i - Video

Günayın "Kabus gecələr"i - Video
2170 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Günay İbrahimli "Kabus gecələr" adlı mahnısına çəkilən klipini təqdim edib.

Axşam.az xəbər verir ki, mahnının sözləri və musiqisi Zülfi Bədəlov, aranjimanı isə Elvin Musayevə məxsusdur. Klipin rejissorluğu Dele Orucluya həvalə olunub. 

İfaçı ekran işindəki öz və modellərin stili üzərində özü çalışıb. 

Yeni işindən bəhs edən Günay "Mahnı artıq bir neçə ildir ki, məndədir. Müəyyən səbəblərdən təqdim edə bilmirdim. Bu ilə qismət imiş. Düşünürəm ki, illər keçsə də, səs dəyişsə də, mahnı heç vaxt dəyişmir. Yaxşı mahnı həmişə yaşayır. Bu ərsəyə gələn iş də, inanıram ki, o mahnılar sırasına aid olar. Mahnı məhz mənim istəyim ilə səsimə uyğun olaraq Zülfi Bədəlov tərəfindən yazılıb. Bizim işbirliyimiz daim yaxşı alınır. Biri-birimizi çox yaxşı başa düşürük" sözlərini əlavə edib.