Dünyaca məşhur "Vogue" jurnalının Britaniya buraxılışı bu mövsüm üz qabığı olmadan təqdim olunacaq.
Axşam.az xəbər verir ki, bu barədə nəşr məlumat yayıb.
Buna səbəb isə kraliça Elizabetin vəfat etməsidir.
Qeyd edək ki, kraliça sentyabrın 8-də Şotlandiyanın Balmoral qəsrində təbii səbəblərdən dünyasını dəyişib.