Türkiyəli aktyor Demiray Erül vəfat edib.
Axşam.az xəbər verir ki, aktyor 84 yaşında dünyasını dəyişib. Onun hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb.
Qeyd edək ki, D.Erül "Çiçek taksi" (2002), "Köşe kapmaca" (1996), "Böyle mi olacaktı" (1997), "Cennet mahallesi" (2006), Köprü (2006), "Arka sokaklar" (2006), "Doktorlar" (2006) kimi məşhur ekran işlərində rol alıb.