Məşhur Braziliya serialı "Klon"da Zeyn obrazını canlandıran 53 yaşlı aktyor Lusiano Şafir müğənni Lili Xanla ailə həyatı qurub.
Axşam.az xəbər verir ki, cütlük 11 ildir eşq yaşayır.
"11 ildir ki, qurduğumuz münasibətimizi qedy edirik. Lili, səni nə qədər çox sevdiyimi və sənə olan sevgimin sonsuza qədər davam edəcəyini bilməni istəyirəm. Əməyi keçən hər kəsə təşəkkürlər, bu gün unudulmaz oldu" deyə, Şafir İnstaqram sosial şəbəkəsində yazıb.
Toy mərasimində aktyorun əvvəlki nikahdan olan qızı və Lilidən olan əkizləri iştirak ediblər. Braziliya mediası da aktyorun iki dəfə koronavirusdan əziyyət çəkdikdən sonra səhhətində problemlər olduğunu bildirdi - buna görə də toy şəkillərində əsa taxır.