30 yaşlı aktrisa intihar etdi

30 yaşlı aktrisa intihar etdi
3381 dəfə oxunub
  • A-
  • A
  • A+

Hindistanlı aktrisa Vayşali Takkar 30 yaşında intihar edib.

Axşam.az xəbər verir ki, aktrisanın cəsədi səhər saatlarında evində atası tərəfindən aşkar edilib. Onun yatağının üstündə keçmiş sevgilisi tərəfindən təcavüzə məruz qaldığına dair etiraf məktubu da olub.

Bildirilib ki, Takkarın nişanlısı keniyalı diş cərrahı Abhinandan Sinqhdir. 2022-ci ilin iyunda evlənməsi gözlənilən ikilinin ötən ilin aprelində nişanı baş tutsa da, bir ay sonra ayrılmışdılar.

Qeyd edək ki, Takkar 2016-cı ildə "Bu sevgidir" adlı ekran işində canlandırdığı "Vrinda" obrazı ilə tanınıb.