Bir müddət əvvəl boşanma qərarı alan amerikalı model-aktrisa Emili Ratajkovski yeni münasibətə başlayıb.
Axşam.az xəbər verir ki, model məkanların birində adı hələlik bəlli olmayan bir nəfərlə səmimi şəkildə obyektivlərə tuş gəlib. Cütlük Nyu-Yorkda restoranların birində nahar edərək küçədə öpüşüblər.
Qeyd edək ki, model bir neçə ay əvvəl amerikalı aktyor Sebastian Bear MakKlardla xəyanətə görə boşanmaq istədiyini açıqlayıb. 2018-ci ildə ailə quran cütlüyün 2021-ci ildə övladı dünyaya gəlib. Hətta aktrisa sonuncu dəfə biseksual olduğunu açıqlamışdı.