Mikaben kimi tanınan haitili müğənni Maykl Benjamin Parisdə konsert zamanı vəfat edib.
Axşam.az xəbər verir ki, 41 yaşlı ifaçı "Carimi" qrupunun dəvəti ilə səhnəyə çıxıb. O, çıxışını bitirib getmək istəyəndə səhnədə dünyasını dəyişib. Mikabenin ölümünə infarkt keçirməsi səbəb olub.
Səhnədə ona ilkin yardım göstərilsə də, müğənninin həyatını xilas etmək mümkün olmayıb.