Əfsanəvi “Ricchi e Poveri” qrupunun üzvü Franko Qatti 80 yaşında dünyasını dəyişib.
Axşam.az xəbər verir ki, bu barədə "ANSA"nın İtaliya nəşri məlumat yayıb. Sənətçinin hansı səbəbdən öldüyü açıqlamayıb.
Qeyd edək ki, F.Qatti 2016-cı ildə oğlunun ölümündən sonra ailəsinə vaxt ayırmaq üçün müvəqqəti olaraq sözügedən qrupdan ayrılıb. O, 2020-ci ildə yenidən səhnəyə qayıdıb. Qrupun "Che sara", "Sara perche ti amo", "Mamma Maria" və s. kimi mahnıları məşhurdur.