Türkiyəli aktyor Emre Karayelin "Yiğit kardeş" adlı atı yarışda iştirak edib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 10.Osmanlı Padişahı Kanuni Sultan Süleyman adına təşkil olunan yarışda aktyorun atı birinci olub.
"Yiğit Kardeş" Karayelə 1 milyon 707 min lirə (təxminən 156 min 190 manat) qazandırıb. Ailəsiylə birgə yarışı izləyən aktyor kubokla birgə çəkilən şəkillərini sosial şəbəkədə paylaşıb.
