Dünyaca məşhur repçi Trevis Skott model sevgilisi Keyli Cenneri yenidən aldatmaqda ittiham olunub.
Axşam.az xəbər verir ki, iddalara səbəb model Rojan Karın sosial media hesabındakı paylaşımı olub. Belə ki, videoda Skottun səsyazma studiyasında arxa planda olduğu görünüb. Model daha sonra paylaşımı silib.
Qeyd edək ki, Skott daha əvvəl 2013-cü ildə də Karla münasibətdə ittiham olunub. Dəfələrlə onların bir çox fotolarının eyni məkanlarda çəkildiyi müşahidə edilib. Hətta Skottla Keylinin 2019-cu ildə ayrılmasına da məhz Karın səbəb olduğu deyilir.
Qeyd edək ki, Skottla Keyli 2017-ci ildən birlikdədirlər, nikahları rəsmi olaraq qeydə alınmayıb. Onların bu münasibətdən iki övladı var.