Maksim Qalkinin yeni tələbləri

Maksim Qalkinin yeni tələbləri
1161 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın məşhur şoumeni Maksim Qalkin ölkəni tərk edəndən və xarici agent kimi tanındıqdan sonra onun "rayder"i dəyişib.

Axşam.az xəbər verir ki, mövcud tələblərin siyahısını "Mash" teleqram kanalı dərc edib. 

Diqqət çəkən ilk şey, sənətçinin korporativ məclislərinin 20 min avroya qədər ucuzlaşmasıdır. İndi komediya ustası Qalkin tədbirinizdə cəmi 100 min avroya çıxış edəcək. Təbii ki, siz Rusiyada deyilsinizsə, Maksim hələ vətənində görünməyi planlaşdırmır. Bu rəqəm əvvəl 120 min avro idi. 

Eyni zamanda şəhərin ən yaxşı yerində beşulduzlu otel olmalıdır. Gücləndirilmiş təhlükəsizlik, şəxsi ofisiant, biznes-class-da uçuş, 18 illik viski mütləq olmalıdır.