Həyat yoldaşı Seda Sayanla dava edib, pəncərələri sındırıb?

Həyat yoldaşı Seda Sayanla dava edib, pəncərələri sındırıb?
3328 dəfə oxunub
  • A-
  • A
  • A+

Yeddinci dəfə ailə quran Seda Sayanın həyat yoldaşı Çağlar Öktenlə mübahisə etdiyi iddia olunub. 

Axşam.az xəbər verir ki, dava zamanı 24 yaş kiçik əri evin pəncərələrini sındırıb. Seda Sayan "2-ci sayfa" proqramında məsələyə aydınlıq gətirib. 

"Həftə sonu Hatayda idik, qayıdanda axşam saat 9 idi. Çamadanları qoyduğumuz otağa girdim və evin pəncərəsinin partladığını gördüm. Evi təmizləyən bir qulluqçu vardı, səhər gələndə ondan soruşdum ki, mən burada olanda heç nə olmayıb. Olsaydı, tapardım. Sosial şəbəkədəki yazılanlar mənə mesaj kimi də gəlməyə başladı. Özümü narahat hiss etdim və işi araşdırmaq qərarına gəldim.

Həmin gün binaya lift qoyulub, yəqin sındırıblar, amma bizə deməyiblər".

Seda bildirib ki, binadakı təhlükəsizlik xidmətindən şikayətçi olub. O əlavə edib ki, evlərindən dava yox, musiqi səsi eşidilə bilər.