Hüseyn Həsənov etdiyi fırıldaqdan danışdı

Hüseyn Həsənov etdiyi fırıldaqdan danışdı
2235 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov instaqram səhifəsində etdiyi səhvlərin sirrini açıqlayıb.

Axşam.az xəbər verir ki, 23 milyon izləyicisi olan Həsənov hekayə bölümündə paylaşdığı mətnlərdə tez-tez hərf səhvləri buraxır. Bununla bağlı iradlara isə bloger maraqlı reaksiya verib. Bloger bunun bir fırıldaqçılıq olduğunu etiraf edib. 

Hüseyn bildirib ki, əslində özü qəsdən belə hərf səhvləri buraxır:

"Bir sirr açacağam: bir çox bloger qəsdən orfoqrafiq səhvlər buraxır. Bu zaman onu düzəltmək istəyən izləyicilər yazır və beləcə, aktivlik artır".