Məhkəmə Rəşad Dağlı barəsində qərar verdi - Yenilənib

Məhkəmə Rəşad Dağlı barəsində qərar verdi - Yenilənib
41164 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlı (Əmirov) Qaradağ rayon Məhkəməsinə gətirilib.

Axşam.az APA-ya istinadən xəbər verir ki, hakim Teymur Qurbanovun sədrliyi ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılır.

İstintaq orqanından Rəşad Əmirov barəsində 4 aylıq həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub.

***

Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlı (Əmirov) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Axşam.az xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Teymur Qurbanovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.Qərara əsasən, Rəşad Dağlı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.