Aygün Kazımova qızılıya büründü - Video

Aygün Kazımova qızılıya büründü - Video
4049 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Aygün Kazımova illər əvvəl oxuduğu “Səsimdir” mahnısını yenidən təqdim edib. 

Axşam.az xəbər verir ki, bəstənin musiqisi Nadir Əzimov, sözləri Cavid Qurbanova məxsusdur. 

Pop diva bir müddət əvvəl sözügedən mahnını instaqram hesabında yayımlayıb. İzləyicilərinin istəyi ilə Kazımova bəstəni yenidən təqdim edib. 

Müğənni bunun üçün obyektiv qarşısına keçərək foto da çəkdirib. Kazımova qızılı aksessuar və makiyajla fərqli obraz yaradıb. Onun tərzi üzərində stilist Ruxa çalışıb. 

Mahnı pop ulduzun yutub kanalına yerləşdirilib.