"Qızımın musiqiçi atası həyat yoldaşımı həbs etdirib"

"Qızımın musiqiçi atası həyat yoldaşımı həbs etdirib"
4508 dəfə oxunub
  • A-
  • A
  • A+

Prodüser Təranə Səmədova son günlər sosial şəbəkədəki paylaşımları ilə gündəmə gəlib. 

Axşam.az xəbər verir ki, o, illər sonra qızı Suelin atasının kimliyini açıqlayıb. Təranə bildirib ki, Suelin atası Abbas Səfərov adlı musiqiçi - nağara ifaçısıdır. 

Prodüser daha sonra əlavə edib ki, hazırda həyatında olan şəxs Abbas tərəfindən polisə şikayət edilib və hazırda həbsxanadadır:

"Neçə gündür susuram. Həyat yoldaşım həbs olunub. Rəsmi nikaha girməmişik, çünki Xətai rayonunda başqa bir məhkəməsi gedirdi. Səhifəmdə Abbasın ailəsi ilə şəklini paylaşmışam, gedib şikayət edib ki, ailəsini narahat etmişəm, şantaj olunub. Qızımın bioloji atası Səfərov Abbas Əliyar oğlu həyat yoldaşım Həsənov Rasim Fərahim oğlundan şikayət edib. Dekabrın 1-i Rasimi Abbas öz adından Həzi Aslanov metrosunun yanına çağırıb. Guya, mən və Rasim onu şantaj edib, pul istəyirik. Mənə Abbasla bağlı bəzi videolar, fotolar gəlib. Abbasında bundan xəbəri olub və bizdən xahiş edib ki, onların silinməsində kömək edək. Bunun üçün bizə pul verib. Hətta mənə dedi ki, sənin üzündəki ləkələr, burnundakı çapıq mənə görə olub. Bütün xərci ödəyəcəyəm, qızım Suelə baş çəkəcəyəm. Buna görə ona kömək etməyimizi xahiş edirsə,  buna görə o, könüllü olaraq pul verirsə, bu, hədə-qorxu deyil. Gəlib Sueli görmür. Rasim də ona zəng edir ki, niyə gəlmirsən? O da Rasimə deyir ki, sən mənim işimə qarışma. Rasim cavab verdi ki, bu ailənin başçısı mənəm, buna haqqım var. Bütün bunların başında əvvəldən Abbas durub.

Xətai Rayonu Polis İdarəsində xahiş etdim ki, axıra qədər araşdırın. Mən də bilirəm ki, hər şey bu qədər sübut olunmadığı halda Abbasın avtomobilində gələn mülki geyimdəki polis işçiləri Rasimi döyərək sonra deyiblər ki, onlara bıçaq atıb. Bunlar hamısı haqsızlıqdır. Çünki əvvəldən polis bu təhqiqatı aparmaq üçün Rasimi bölməyə dəvət etməli idi. Heç bir cinayət sübuta yetirilmədən, istintaq zamanı 48 saat saxlanılmamalı idi.

Abbas bilir ki, mən haqlıyam, 13 yaşına qədər onun qızı mənim evimdə böyüyüb. Səfərov Abbas ailəsinə görə narahatdırsa, 3 gün bundan öncə ailəsi ilə paylaşdığım şəkli hələ də səhifəmdədir. Səni hədələyən, pul tələb edən insan o şəkli orada saxlamazdı. Əgər istəyim ondan pul tələb etmək olsaydı, 13 il əvvəl onun soyadını övladıma götürərdim. Əgər etməmişəmsə, indi DNK testi tələb edib, ondan aliment tələb etməyə çalışardım.

Bu gün ailəmin başsız qalmasını istəmirəm, ona görə mübarizə aparıram. İllər sonra iki övladıma atalıq edən, məndən əvvəl də öz iki övladına atalıq edən bir insana rast gəldim. Suel atasına zəng vurdu ki, 13 ildir sənin mənə etmədiyin atalığı Rasim edib, onunla bağlı şikayətini geri götür. Telefonu bağladı".

Təranə əlavə edib ki, həyat yoldaşı kimi təqdim etdiyi Rasim adlı şəxsə 3 ay həbs verilib:

"Anam rəhmətə gedəndə Abbasdan xahiş etdim ki, heç olmasa, 3 ayda bir dəfə qızına yaz ki, necəsən, yazmadın. Bu ssenarini qurmusan ki, mən sabah polisdən qorxum, səndən heç nə tələb etməyim. İşi aparan istintaq qrupu dəyişdirilsin, qərəzlidirlər. Məni susdurmaq istəyirdilər. Mənim susmağım Rasimin azadlığa buraxılmasıdır".

Musiqiçi Abbas Səfərov