Türkiyəli aktrisa-müğənni Öykü Gürmanın nişanlısı Fatih İçmeli ilə toy tarixi bəlli olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa müsahibəsi zamanı toylarının İstanbulda baş tutacağını açıqlayıb:
"Toy yayda olacaq, amma dəqiq tarix seçməmişik. İşlərimizə, konsert vaxtlarına uyğun gün təyin olunacaq".
Qeyd edək ki, aktrisa hazırda "Alparslan Büyük Selçuklu" serialında rol alır.