Teleqram sosial şəbəkəsinin yaradıcısı və sahibi Pavel Durov Birləşmiş Ərəb Əmirliklərinin ən varlı adamı olub.
Axşam.az xəbər verir ki, bu barədə "Forbes" nəşri məlumat yayıb. Onun sərvəti 15,1 milyard dollar qiymətləndirilib.
Qeyd edək ki, o, keçən il də 17 milyard dollar sərvəti ilə bu adı alıb. Ümumilikdə 38 yaşlı Durov "Forbes"in siyahısında 123-cü yerdə qərarlaşır.
Onu da qeyd edək ki, Durov 2022-ci ildə BƏƏ vətəndaşlığını alıb.