Milyarderin qızı dəbdəbəli toydan 1 il sonra boşandı

Milyarderin qızı dəbdəbəli toydan 1 il sonra boşandı
11525 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı milyarder Mixail Qutseriyevin qızı, 31 yaşlı Sofiya ötən ilin dekabrında ailə qurduğu İnqor Patiyevdən boşanıb.

Axşam.az xəbər verir ki, bu barədə "StarHit" məlumat yayıb. Sofiya və ailəsi məsələ ilə bağlı hələlik rəsmi şərh verməyib.

Qeyd edək ki, toy üçün dünyanın müxtəlif yerlərindən Moskvaya yük maşınlarında təzə çiçəklər gətirilmişdi. Şayiələrə görə, Sofiyanın gəlinliyinin qiyməti 1,5 milyon dollar idi.

Onu da qeyd edək ki, Qutseriyev 2002-ci ildən "Forbes" jurnalına görə hər il Rusiyanın 200 ən varlı iş adamı siyahısına daxil edilib. 2022-ci ildə dərc olunan reytinqdə o, 1,3 milyard dollar sərvəti ilə 69-cu yerdədir.