Böyük miqdarda borcu olan kriptomilyarder həbs olundu

Böyük miqdarda borcu olan kriptomilyarder həbs olundu
627 dəfə oxunub
  • A-
  • A
  • A+

Müflis olmuş kriptovalyuta birjası "FTX"in məşhur qurucusu Sem Benkman-Frid Baham adalarında həbs edilib.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin baş prokurorluğu məlumat yayıb. Həbs ABŞ-in Benkmana qarşı cinayət ittihamı irəli sürməsindən və ekstradisiyası tələbindən sonra baş tutub. Polis 30 yaşlı sahibkarın ABŞ və Baham adaları qanunlarına qarşı "maliyyə cinayətləri"nə görə həbs edildiyini bildirib.

O, öncə Nassauda məhkəmə qarşısına çıxacaq. 

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası Benkmanı "investorları aldatmaq üçün bir sxem təşkil etməkdə" ittiham olunub.

Qeyd edək ki, "FTX"in ən yaxşı 50 kreditoruna təxminən 3,1 milyard dollar borcu var. Sahibkara qarşı qaldırılan ən ciddi iddialar arasında onun "Alameda" investisiya və ticarət şirkətini dəstəkləmək üçün müştəri vəsaitlərindən milyardlarla dollar istifadə etməsi də var.

Oktyabrın sonunda, iflasdan əvvəl Benkmanın sərvəti təxminən 17 milyard dollar qiymətləndirilirdi.