Hollivud ulduzu xərçəngə qalib gəldiyini dedi

Hollivud ulduzu xərçəngə qalib gəldiyini dedi
680 dəfə oxunub
  • A-
  • A
  • A+

Film aləminin canlı əfsanələrindən biri olan aktrisa Ceyn Fonda xərçəngə qalib gəldiyini açıqlayıb.

Axşam.az xəbər verir ki, bu barədə aktrisa özü məlumat yayıb. O, aldığı kimyaterapiyaların müsbət nəticə verdiyini bildirib.

“Ən yaxşı ad günü hədiyyəsi! Keçən həftə həkimim dedi ki, xərçəng remissiya mərhələsindədir və kimyaterapiyanı dayandıra bilərəm. Özümü çox xoşbəxt hiss edirəm. Dua edib, mənə xoş arzular göndərən hər kəsə təşəkkür edirəm" deyə, Hollivud ulduzu yazıb.

Qeyd edək ki, 84 yaşlı Fonda sentyabrda qan xərçənginin bir növü olan lenfoma xəstəliyinə tutulduğunu açıqlamışdı.