Türkiyəli məşhurlar cəzalandırıldı

Türkiyəli məşhurlar cəzalandırıldı
3436 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli bir çox məşhur gizli reklam etdiklərinə görə cəzalandırılıb.

Axşam.az xəbər verir ki, onlar sosial media hesablarında markalardan olan geyim və ya aksesurları paylaşsalar da, "reklam" sözündən istifadə etməyiblər.

Siyahıda yer alan adlardan biri aktrisa Hande Erçeldir. Ölkənin Reklam Şurası üç ayrı paylaşımda geyim markasının işarələndiyini, lakin heç bir "reklam" ifadəsi olmadığını müəyyən edib. Bu səbəbdən Erçel 155 min 712 lirə məbləğində cərimə edilib.

Müğənni Gülbən Ergən isə hesabında dəriyə qulluq vasitələrini reklam etdiyini gizli saxlayıb. 

Bundan başqa aktrisa Sedef Kasabalının hekayə bölümündə paylaşdığı reklamlarda oxunması çətin olan yazılardan istifadə etdiyi müəyyən olunub.

Bu səbəbdən hər üçünə adıkeçən markaların reklamını yayımlama qadağası qoyulub.