Türkiyəli aktrisa Merve Boluğurla 40 gün ailəli olan dicey Mert Aydın boşandıqdan sonra da görüşməyə davam etmələri danışıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dicey müsahibəsi zamanı Boluğurla yenidən barışa biləcəklərini açıqlayıb:
"Merve ilə dostuq. Mənim üçün çox dəyərlidir. Dost olduğumuz üçün görüşürük. Bəlkə də yenidən münasibət qurduq. Bizim münasibətimiz reklam eşqi deyildi. Kişi olaraq sonlanan evliliyin arxasınca danışmaq mənə yaraşmaz".