Brüs Uillisin səhhəti daha da ağırlaşıb

Brüs Uillisin səhhəti daha da ağırlaşıb
2461 dəfə oxunub
  • A-
  • A
  • A+

Afaziya diaqnozu qoyulan aktyor Brüs Uillis xəstəliyi  daha da ağırlaşıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə aktyora yaxın mənbələrədən biri məlumat verib. Onun sözlərinə görə, məşhur az danışır və ona deyilənləri başa düşmür:

"Qızı onun üçün səs və ünsiyyət vasitəsidir. Səhhətinin pisləşməsinə baxmayaraq, yaxınları onun yanında olmağa çalışırlar, xüsusən də bayramlarda. Onlar nadir hallarda əvvəlki Brüsun qayıtdığını hiss edirlər, lakin bu çox qısa çəkir".

Qeyd edək ki, 67 yaşlı Brüs xəstəliyi səbəbindən karyerasını bitirib.