Sobçak hansı halda Rusiyanı birdəfəlik tərk edəcəyini açıqladı

Sobçak hansı halda Rusiyanı birdəfəlik tərk edəcəyini açıqladı
698 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı aparıcı Ksenya Sobçak yutub kanalı üçün abunəçilərin suallarına cavab verən videoçarx yayımlayıb.

Axşam.az xəbər verir ki, suallardan biri "Növbəti 5 ildə Rusiyadakı gələcəyinizi və oradakı həyatınızı necə görürsünüz? Hansı hadisələr sizi mühacirətə məcbur edəcək?" olub.

Kseniya bu mövzunu dostları ilə müzakirə etdiyini etiraf edib. Jurnalist bildirib ki, yalnız sərhədlər bağlanacağı təqdirdə mühacirət edəcək. 

Qeyd edək ki, Kseniya Sobçakın mühacirəti ilə bağlı şayiələr payızda, jurnalistə məxsus olduğu iddia edilən İsrail pasportunun fotoşəkili Şəbəkəyə sızan zaman ortaya çıxıb. Daha sonra anası senator Lyudmila Narusova qızının İsrail vətəndaşlığının olduğunu təsdiqləyib.