Mərhum sənətçi Neşet Ertaşın filmi yayımlanmayacaq.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, layihənin prodüseri Mustafa Uslu ekran işinin çəkilməsi üçün övladlarından icazə almayıb.
Məhkəməlik olan prodüser hakimin qərarıyla "Garip bülbül Neşet Ertaş" filmini izləyicilərə təqdim etməyəcək.
Qeyd edək ki, ekran işi dekabrın 23-də kinoteatrlarda nümayiş olunacaqdı.