Ötən gün türkiyəli müğənni İzel Çeliközun paylaşımı diqqət çəkib.
Axşam.az xəbər verir ki, ifaçı "Bebek" adlı mahnısını izləyiciləri ilə bölüşərək müğənni Oğuzhan Koçla həyat yoldaşı, aktrisa Demet Özdəmiri işarələyərək "Sizə gəlsin" sözlərini yazıb. Bundan sonra izləyicilər Demetin ana olacağını iddia ediblər.
Şayiələrin ardından aktrisa da paylaşım edərək məlumatı təkzib edib. O, "Ən sevdiyim İzel mahnısıdır, amma hələ tezdir" deyə yazıb.
Qeyd edək ki, cütlük bu ilin avqustunda ailə qurub.
