Afraya görə aralarında çıxan dava ilə bağlı ilk dəfə danışdı

Afraya görə aralarında çıxan dava ilə bağlı ilk dəfə danışdı
1579 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, türkiyəli aktyorlar Kubilay Akayla Mərt Ramazan Dəmirin arasında yaranan münaqişə günlərdir gündəmdən düşmür.

Axşam.az xəbər verir ki, aktrisa Afra Saraçoğluya görə çıxdığı iddia edilən davaya həmkarı Mərt Yazıcıoğlunun da daxil olduğu iddialar arasında yer alıb. Məsələyə ilk dəfə münasibət bildirən Mərt hadisənin baş verdiyini təsdiqləsə də, özünün də buna qarışmasını təkzib edib:

"Bəli, belə bir şey oldu, amma göz-gözə gəlmək, dava olmadı. Əslində mən kənarda idim, məsələyə qarışmadım. Hadisə çox böyüdü və lazımsız formada gündəmə çevrildi. 

Bizim Afra ilə yaxınlığımız yeni deyil, köhnə dostlarıq... Məsələ mənasız yerə getdi, kiçik oyunlarla manipulyasiya edildi. Nəticədə bizim üstümüzə qaldı, amma belə bir şey yoxdur".

Qeyd edək ki, Afra ilə M.Yazıcıoğlu hazırda "Yalı çapkını" serialının baş rollarını paylaşır. O, Mərt Ramazanla illərdir sevgilidir.