Robert De Nironun evinə oğru girdi

Robert De Nironun evinə oğru girdi
403 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivudun ən çox qazanan ulduzlarından olan aktyor Robert De Nironun evini qarət etməyə cəhd göstəriblər.

Axşam.az xəbər verir ki, 30 yaşlı qadın dekabrın 19-da səhər saatlarında aktyorun Nyu-Yorkdakı evinin kilidini sındıraraq içəri daxil olub.

O, yolkanın ətrafında olan hədiyyələri oğurlamağa cəhd edib. Bu zaman De Niro ikinci mərtəbədə olub və səs-küyü eşidən kimi aşağı enib. O, dərhal bu barədə polisə məlumat verib.

Evə daxil olan qadın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.