İnstaqramda ən çox bəyənmə qazanan yumurtanın rekordu yenilənib.
Axşam.az xəbər verir ki, 56 milyondan çox bəyənilən toyuq yumurtasının ağ fonda olan şəklinin rekordunu Argentina milli futbol komandasının hücumçusu Lionel Messi ötüb.
Messinin dekabrın 18-də dünya çempionatındakı qələbəsindən sonra kubokla paylaşdığı fotoları 61 milyondan çox bəyənilib.
Qeyd edək ki, yumurta fotosu 2019-cu ilin əvvəlində paylaşılmışdı.

