Xalq artisti Miri Yusif “Xəzərəm” adlı yeni mahnısını və klipini təqdim edib.
Axşam.az xəbər verir ki, sənətçi sözləri və musiqisi Yap10-a aid olan mahnının ekran həlli Əli Fərhada həvalə edilib.
İki gün ərzində baş tutan çəkilişlərdə Miri Yusif su altında qalmaq üçün xüsusi dərslər alıb. Sözügedən kadr 4 saat ərzində çəkilib.
Qeyd edək ki, layihənin müəllifi Emin Əfəndidir.