Kirkorov Zelenskini "dovşan" adlandırdı - Video

Kirkorov Zelenskini "dovşan" adlandırdı - Video
851 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Filipp Kirkorov Ukrayna Prezidenti Volodimir Zelenskini "dovşan" adlandırıb.

Axşam.az xəbər verir ki, bu bərədə o, sosial media hesabında paylaşım edib. Ukraynanın "qara siyahı"yasına salınan ifaçı məsələyə belə münasibət bildiirb:

“Çəkiliş meydançasındakı köhnə dostum və partnyorum rola həddən artıq girib. Ona okeanın o tayından göndərilən ssenari həm özünü, həm də ona əmanət olunan ölkəni külə çevirir. Ona və yaxın insanlarına yazığım gəlir. Təəssüf ki, Ukraynada təbliğat və xəbər gündəmini zəbt edənlər insanlara öz qohumlarını, dostlarını və digər alternativ fikirləri, informasiyanı eşitməyə imkan vermirlər. Bu arada mənim bəxtim gətirdi, yalnız mahnılarıma qadağa qoyuldu, bəli, mənim "dovşan"ım".

Həmçinin, Kirkorov 2009-cu ildə Zelenskinin də rol aldığı "Просто подари" klipindən kadrları paylaşıb. "Bütün dünyanı müharibəyə çağıracağam, Nə vaxt qələbə ilə qayıtsam" sözlərindən sonra ifaçının həmin klipdə rol alan Zelenskiyə vurduğu diqqət çəkib.

Qeyd edək ki, Ukrayna prezidenti 119 rus və ukraynalı məşhura qarşı sanksiya tətbiq edilməsi ilə bağlı fərman imzalayıb.