Reanimasiyaya yerləşdirilən rusiyalı rejissor Nikita Mixalkovun vəziyyəti pisləşməyə başlayıb.
Axşam.az xəbər verir ki, koronavirus testi müsbət çıxan rejissorun kompüter tomoqrafiyasından keçdikdən sonra ağciyərlərinin zədələnmiş nahiyələrinin böyüdüyü aşkar edilib. Mixalkova idiopatik pnevmoniya diaqnozu qoyulub.
Bundan əlavə, onun atrial fibrilasiyadan əziyyət çəkdiyi bildirilib. Rejissorun infarkt keçirə bilmə riskinin ola biləcəyi də açıqlanıb.
Bununla belə hazırda rejissorun həyati təhlükəsinin olmadığı bildirilib.
Qeyd edək ki, Mixalkovun adı Ukrayna prezidenti Volodimir Zelenskini 119 rus və ukraynalı məşhura qarşı sanksiya tətbiq edilməsi ilə bağlı imzaladığı fərmana daxil edilib.