Məşhur komediya ustası onlara söz atdı

Məşhur komediya ustası onlara söz atdı
710 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, ötən gün "Qızıl Qlobus" mükafatları sahiblərini tapıb.

Axşam.az xəbər verir ki, gecədə komediya ustası Eddi Merfi “Əyləncə dünyasına görkəmli töhfəsinə görə” mükafata layiq görülüb və çıxışı ilə tədbirə damğa vurub. O, çıxışı zamanı "Oskar"da aktyor Uill Smitlə aparıcı Kris Rok arasında keçənlərə işarə edərək həmkarlarına məsləhət verib:

“Uğur, firavanlıq, uzunömürlülük və dinclik əldə etmək üçün izləyə biləcəyiniz aydın bir plan var. Bütün karyeram boyunca ona əməl etmişəm. Çox sadədir, cəmi üç addım. Siz sadəcə bu üç şeyi etməlisiniz: Vergilərinizi ödəməli, öz işinizlə məşğul olmalı və Uill Smitin arvadının adını hallandırmalısınız".

Qeyd edək ki, ötən ilin ən səs-küylü qalmaqallarından olan hadisəyə səbəb Krisin Smit həyat yoldaşı Cada Pinkett-Smitin alopesiya xəstəliyi (saçın pataloji tökülməsi) ilə bağlı zarafat etməsi olub. Bunun ardından Cadanın pis olduğunu görən Uill səhnəyə qalxaraq Krisin üzünə şillə vurmuşdu.