Afra "Yalı çapkını"ndan gedir?

Afra "Yalı çapkını"ndan gedir?
4989 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yayımlanan "Yalı çapkını" serialının heyətində dəyişiklik ediləcəyi iddia olunub.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, ekran işində baş rollardan birini ifa edən Afra Saraçoğlunun layihədən ayrılacağı bildirilib. Şayiələrin yaranmasına səbəb serialın yeni bölümü ilə bağlı yayımlanan fraqmentdə "Pelin" obrazının daha ön planda verilməsi olub. Bu səbəbdən aktrisa layihəyə davam etmək istəmədiyini deyib. 

Yayılan məlumatlar arasında Afranın yerini aktrisa Buse Buçe Kahramanın canlandırdığı sözügedən obrazın keçməcəyi yer alıb.

Məsələ ilə bağlı hələlik rəsmi açıqlama veriləməyib.

Qeyd edək ki, serialın digər baş rolunu Mert Ramazan canlandırır. Ekran işi yayımlanandan bəri Afra şəxsi həyatı ilə bağlı çıxan xəbərlərlə gündəmdən düşmür.

Bundan başqa, serialın ssenarisinin götürüldüyü kitabın müəllifi, psixoloq Gülsərən Budayıcıoğlu daxil olmaqla izləyicilərin çoxu layihənin final etməsini tələb edir.